.az yoxsa .ru ?!

31.5.08 13 Şərh

Bu şəkili indi düzəltdim.Fikirlərimə də elə bununla giriş edim.

.az və rus bayrağı. Gülünc görünürmü?Bunu görən deyərki, ya ora Azərbaycanın bayrağını vur.Ya da .ru yaz. Düz deyirisniz elə də olmalıdı.Əlinin papağı Vəlinin başında nə gəzir? :)
Mən bütün tənqidləri qəbul edirəm.Çünki düz deyirsiniz.Buna səsimiz çıxır.Bəs niyə, rusdilində olan .az domainli saytlarımıza söz demirik?

Birinci götürək elə ən çox ziyarətçisi olan saytlarımızdan biri DAY.AZ

.az domainini kim yaraşdırdı bu sayta? Saytın ingilis dili və rus dili versiyaları var,ammaki Azərbaycan dilində versiyası yoxdur. Buna gülüm yoxsa ağlayım bilmirəm. Deyəcəkləri tək söz var."Pulumu verib domain almışam,istədiyimi edərəm." Elə firefox.az kimi.Bu domaini alıblar.Amma orda, Azərbaycanla əlaqəli birşey görə bilmirəm.Firefox un rusdili versiyasına yönləndirilib sayt yəqinki.
Saymaqla bitməz hala gəlib belə saytlar. Rock.az da bunlara bir nümunə.

Bunu Azərbaycan dilində eləmək çətindi? Çətin deyile,tənbəlik!!!Tənbəllik edirik!!!

Və belə bir saytın,ən çox ziyarətçi sahibi olması onu göstərirki...Bizim camaat da ucuz işi sevir. Ucuz işi sevməyənlər,belə saytlara baykot eləməlidir məncə. Rusca xəbər elə rusların da saytın da vardaaa... Rusca xəbər oxuyacamsa girib rusların saytından oxuyaram!Nəyimə lazım onda day.az ?! Belə saytlara baykot olmasa,bunlar tənbəlliyə davam edəcəklər.Mən belə saytlarla tanış olduğum ilk gündə onları qara siyahıma yazıram.Sizi də baykota çağırıram...

Bizim camaatımız milli marağı , maddi maraqdan üstün tutmadıqca,biz irəli getmərik!!!


Bu xəbərə səs ver!


Davamını oxu...

EUROPHOTO 2008 də 2ci yerə çıxdıq.

, , , 30.5.08 0 Şərh

Eurovision2008 dən ilham alaraq,əsasən fotoqrafların istifadə etdiyi flickr.com saytında fotoqraflar arasında europhoto2008 müsabiqəsi keçirildi.Amitaf -ın aşağıda görüdüyünüz şəkli də admin tərəfindən müsabiqəyə dəvət edildi .

Amitaf da sağolsun,bir neçə Azərbaycanlı fotoqrafa xəbər verdiki iştirak etsin.Azərbaycandan 6 şəkil müsabiqədə iştirak etdi(İştirak edən şəkillərimiz).Daha sonra final ələmələri oldu.Hər ölkədən bir şəkil seçildi(Finalda iştirak edən şəkillər).Seçimi iştirakçılar etdilər.Finalda Azərbaycanı amitaf təmsil etdi.Və final səsvermələrinin nəticəsində,Azərbaycan 28may günü 43 ölkə arasında 2 ci yeri tutdu.
TƏBRİKLƏR AMİTAF...



Azərbaycanın adını ilk 3lükdə görmək qürur verdi.Çoxumuz bu gənc fotoqrafımızdan dərs almalıyıq.Hərbirimiz hobbimizi təkmilləşdirərək,Azərbaycanımızı layiqincə təmsil edə bilərik.Bu həyat təkcə futbol oynamaq vəya mahnı oxumaqdan ibarət deyil.Hobbilər müxtəlif olduğu üçün,təmsil edəcəyimiz sahələr də müxtəlif olacaqdır.Və həmçinin,təmsil etdiymiz sahə də sevdiyimiz sahə olduğu üçün daha yüksək performans göstərərik.

Hər birimiz çalışaqki,Azərbaycan adına bir fəaliyyət göstərək.Hərhansı bir fəaliyyət göstərə bilməsək də, fəallarımızı dəstəkləyək.Forumlarda,bloglarda fəallarımızı yersiz,əlaqəsiz tənqidlərə tutmaqdansa,onların fəaliyyətini alqışlayaq və dəstək olaq.Bunu ki bacararıq... :)

Azərbaycan adına müsbət fəaliyyətlərdə iştirak edən hərkəsə uğurlar.Amitaf,bir daha təşəkkür! ... :)
P.S : Amitaf-ın fotoqalereyasına buradan baxa bilərsiniz: Amitaf.NeT

Davamını oxu...

Extreme Tracking də, Azərbaycana pulsuz xidmət etmir artıq...

26.5.08 1 Şərh

Çox bəyəndiyim sayğac sistemlərindən biri olan Extreme Tracking, Azərbaycana pulsuz xidmətini bağlayıb.Ümumiyyətlə bağlaması elə də maraqsız gəlməzdi,amma bunu xüsusilə Azərbaycan üçün etməsi düşündürür.Yoxlamaq istəyən bu keçidi izləsin.


Başlıqdakı "" şəkilçisini boş yerə yazmadım.Belə saytlar çoxdur.Bir müddət smscity.com işlədirdim.O da Azərbaycan üçün qeydiyyatı bağladı :D Heyf o pulsuz smsli günlərim :)

Bu yazıdakı əsas məqsədim, bu xidmətlərin bağlanması deyil.Biri bağlanar,başqası açılar :) Məqsəd,bunların bağlanma səbəbidir. :)

Buna bənzər pulsuz xidmətlərin əsas məqsədləri,pulsuz xidməti ilə potensial müştəriləri cəlb etmək və pullu xidmətlərini satmaqdır. Elə götürək bu Extreme tracking-i.Bu sayt,pulsuz sayğac xidməti verir.Müəyyən limitlər qoyur.Əgər limitlərdən bezmisinizsə,sizi narahat edirsə müəyyən məbləğ ödəməli olursunuz :) Onların da qazancı bu olur.
Bizdə bir misal var. Qaz əti gələn yerdən,toyuq əti əsirgənməz.
Onlar da görürlərki,Azərbaycandan Qaz əti nədi? Heç sərçə əti də gəlmir :D Və uğursuz bazarı,siyahıdan silirlər :)

Bəs biz belə xidmətlərə pul ödəməklə nə qazana bilərik?Bizdə bu bazar çox zəifdir.Bu bazara pul xərcləmək istəyən yoxdur.Söhbət internet bazarından gedir :D
İlk ağlımıza gələn odurki, nə qazanacam?
Bu sualın qarşısına bir sual da mən əlavə edim. Xərcləmədən nə qazanmaq olur?

Hərkəs getsin , pullu sayğac sistemi alsın demirəm :D Əgər bir xidmət ehtiyacımızı qarşılayırsa,ona pul ödəməkdən qaçmayaq.


Buna real bazar kimi baxaq.Pul dövr edir.Qazanırıq və xərcləyirik. Həmçinin internetdə də, qazanıb xərcləyə bilərik. Qazanmaq üçün isə, lazım olan xərcləri ödəməliyik.İnternetdə də pulumuz dövr etməldidir.

İnternetdə pulu kim itiribki,biz də tapaq? :)
İnternet bazarı inkişaf etsə nələr olar?
  • Daha səviyyəli layihələrlə qarşılaşarıq.
  • Evinizdə oturub, pul qazana biləcəksiniz.
  • Bloggerlərimiz,fotoqraflarımız,dizaynerlərimiz və s. hobbilərini biznesə çevirə biləcəklər.
  • Azərbaycan dilindəki məlumat qıtlığı azalacaq.Nəticədə,daha çox məlumata sahib olacağıq.
  • Beynəlxalq internet layihələrinin,artıq Azərbaycan dilində də versiyaları olacaq.
  • "İngilis dilini bilmirəm.Kompüterdən, İnternetdən başım çıxmaz" kimi qorxuducu fikirlər silinəcək.

Düzdür, İnternet bazarının zəif inkişafına banklarımız da təsir edir.Camaat hələ də,kart gəzdirməyə öyrəşməyib. İlk online ödəmə sistemi haqqında hələ bu yaxınlarda, İKT gününə həsr olunmuş tədbirdə kiçik təqdimat göstərdilər. Bu inkişafdan xəbər verirdi :) İnşAllah,yaxın zamanda e-ticarətimiz inkişaf edər.Bu zaman,ehtiyacınızı qarşılamaq üçün,pul ödəməkdən çəkinməyin.İtirəcəyiniz birşey olmayacağına əmin ola bilərsiniz :)

Davamını oxu...

Başlayaq...

3 Şərh

Salam.

Bu domaini görənin vəya sayta girənin ağlına ilk gələcək sual bu olar yəqinki. FİKİRLOG NƏDİR?

Elə mən də bu suala cavab verməklə başlayım...

Blog bildiyimiz kimi WEBLOG sözlərinin birləşməsindən əmələ gəlib. Mən də FİKİRLOG sözlərinin birləşməsindən yeni söz düzəltdim. FİKİRLOG .

Bilirəm, lüğətimizə yeni və dəyərli söz gətirməyim təqdirə layiqdir :D Məncə bu sayt daha çox təqdirə layiq olacaq.

Bu saytda nələr olacaq? Bu sualın cavabı üçün yazını oxumağa davam edək.


Bu bloğu açmaqdakı məqsədim:

  • Eşitdiyim xəbər və kampaniyalar haqqında qısa məlumat vermək və həmin hadisəyə aid şəxsi fikirlərimi yazmaq.
  • İstifadə etdiyim və ya haqqında eşitdiyim yeni məhsullar (hər sahədə ola bilər:Texnologiya,sənaye,geyim və s.) haqqında olan şəxsi fikirlərimi yazmaq.
  • Bu fikirləri sizlərlə paylaşmaq.
  • Və sizin də fikirləriniz əsasında, bu bloğu sözün əsl mənasında bir FİKİRLOG halına gətirmək.

Bəli, bu blogda təkcə mən aktiv olmayacam.Hamımız aktiv şəkildə fikirlərimizi bölüşəcəyik.
Hazır olun... :)

Davamını oxu...
GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS