yumroo. yox bir ...

15.10.08

Bu saytla çoxdan tanışam. Saytı görəndə dedim - yenə həmişəki kimi plagiat ediblər və heç tutmayıb :)
Səhv eləmirəmsə bu saytı elə oxçudan öyrənmişdim :) Oxudum oxçunun da yazdıqlarını. Sonra sayta baxdım və ona haqq verdim yazdıqlarına görə. Amma yenə də çox baş qoşmadım. Çünki belə hallar çox görmüşəm və Aznet üçün belə halları normal qəbul edirəm. Təəssüf... :(

Bugün də seçkinin həyəcanı ilə, kimin seçildiyini öyrənmək üçün qaynar.info ya baxdım. Çox maraqlı idi görəsən kim seçiləcək? :D Ordan da texnologiya xəbərlərinə keçdim ki, görüm nəvar nəyox. Və gözüm möhtəşəm bir başlığa ilişdi.

Azərbaycanda Google-nin rəqibi yarandı

Ayıbdı!!!

Yumroo etdi, barı siz etməyin!!!
Mən bu xəbəri oxudum. Özümə əziyyət verdim. Həqiqətən əziyyət çəkdim. Amma axıra kimi oxudum...

nə deyəcəyimi bilmirəm. davam etsəm xoşa gəlməz ifadələr işlədəcəm. Xoşa gəlməz ifadələrə yer verməmək üçün heçnə demirəm.
Necə deyərlər.... NO COMMENT!!!

Bir də bunun üstünə yekə bir
OOOOOOHAAAAAAAAAAA demək istiyirəm!!!

Bəzi əlaqəli yazılar



2 Şərh:

  1. Shaig dedi ki...

    Yumroo`nun özünün özünü belə fəxarətlə təqdim etməsi o yana, APA kimi saytlarda belə xəbərlə çıxması adamda çox sual yaradır. Üstəlik təqdimatda RİTN`nin rəsmi nümayəndəsi də iştirak edib və saytı əməllicə tərifləyib.
    qısaca: "royal touch"

  2. Blezx dedi ki...

    Özlərini tərifləyən çox görmüşəm.Ona görə də özlərini tərif çox da təəccübləndirmədi.
    Amma başqalarının da bunları dəstəkləməsi məni qorxudur.
    Mən qorxuramki, bunlar dayday hesabına Azneti ələ alalar. Təkcə interneti zibilləməmişdilər. Qorxuram murdar əlləri bura da uzana :(

Yorum Gönder

GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS