AzNet

4.10.08

Aznet... Yəqinki Azərbaycan və internet sözlərinin birləşməsindən əmələ gələn bir sözdür. Elə olmasa da, mən belə qəbul edirəm :)

Ramin qardaşımız da bloğunda bu mövzuya toxunub. Belə bir yazının olduğunu da oxcudan öyrəndim. Bu qədər backlink kifayət edər :) qayıdım mövzuya.

Mövzu belədi. Aznet nədir? Hansı saytlar AzNet-ə aid ola bilər?

Bu anlayışı internet istifadəçilərimiz formalaşdırmalıdır. Amma aktiv internet istifadəçilərimiz də buna bir istiqamət verməlidir. Bizdə AzNet anlayışı qarışıb. Ya da heç formalaşmayıb.

Mən nə qədər desəm dəki, filan saytlar aznetə aid ola bilməz, uyğun deyil. Elə özüm deyib özüm də eşidəcəm.

Bir sayta azərbaycanlı internet istifadəçiləri girir, ordan faydalanırsa deməli o aznet kateqoriyasındadır(Azərbaycana xitab edən saytlar). Onları AzNet kateqoriyasından silmək olmaz. Çox istərdim silməyi.Amma mümkünsüz kimi görünür hələki :) . Sadəcə olaraq bu saytlar arasında dərəcələndirmə olmalıdı. Dərəcələndirməni də camaat etməlidir. Amma əvvəlcə bizim internet istifadəçilərinə keyfiyyətli sayt göstərmək lazımdır. Keyfiyyətli saytı fərziyyə olaraq yox, nümunə olaraq göstərmək lazımdı. İstifadəçilər saytları dəyərləndirməyi bacarmalıdır.

Hələ də nömrə bir saytlarımız Aznetdə at oynadır :D Hələ də belə saytlara super portallar deyirlər. Mən əvvəl düşünürdümki, özləri özlərinə nömrə bir deyib durublar. Sonra baxdımki, camaat da bunların dediyini deyir. Xalqın gözü tərəzi imiş. Tərəzidi amma bir tərəfi işləmir :D Razıyam nömrə bir ola bilər. Amma hansı kateqoriyada? :) full saytlar arasında birinci ola bilər :D Mənə full sayt lazım deyil, nəsə öyrənə biləcəyim sayt lazımdır.

Belə problemlər təkcə aznetdə deyil. Çox sahədə var. Səbəb də asan yoldan pul qazanmaq istəyidir. Niyyətə baxanda, ordakı keyfiyyəti də təsəvvür etmək mümkündür.

Keyfiyyəti kəmiyyətdən üstün tuta bilsək, həm aznetdə həm də ölkəmizdə sözün əsl mənasında inkişaf görünər.

Bəzi əlaqəli yazılar



2 Şərh:

  1. Teymur dedi ki...

    Problem ondadir ki, millete oyredici sayt lazim deyil eylence sayti lazimdir ;(

  2. Blezx dedi ki...

    Əyləncə saytıdır deyə keyfiyyətsiz olmalıdır? :)

    Əyləncə,öyrədici,chat,warez və s. bunlar ayrı ayrı istiqamətlərdir. Əyləncə saytının da bir istiqaməti olmalıdır da :)

Yorum Gönder

GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS