Ev üçün optimal ADSL tarifləri

, , 4.6.08

Sürətli internet çoxumuzun arzusudur.Bəzən rast gəldiyimiz təkliflər belə fikir oyadırki,Sürətli internet üçün çox pul lazımdır. Bizdə ADSL xidməti verən bir çox şirkət var.Onların tariflərini müqayisə edəndə,görürəmki bir-biri ilə əlaqəsi yoxdur qiymətlərin.Biri çox ucuzdur.Biri çox baha.Biri ortalarda gəzir :) Əlbəttə hərbirinin özünün ayrı müştərisi var,və hər müştərinin ehtiyaclarını qarşılayacaq bir təklif var.

Mən də fikirloğumun əsas məqsədinə uyğun olaraq,bir neçə ADSL təklifini götürüb müqayisə etdim və ən optimal təklifləri seçdim.
Müqayisəni qiymətlər,sürət və tarifə görə apardım.


1- Günü 24 saatı işləyə biləcəyiniz.Normal istifadəçinin bütün ehtiyaclarını qarşılaya biləcək təklif və uyğun qiymət...

256/256 sürət
Upload pulsuz
Aylıq 4500mb traffik limiti
Limitdən əlavə hər 1mb üçün 2qəpik.
Quraşdırma pulsuz.
Aylıq ödəmə 25 manat

Bu eyni zamanda özümün işlətdiyim tarif paketidir. Aylıq 9-10 gb trafik işlədirəm. :) Sadəcə 4,5 gb üçün pul ödəyirəm.Upload ın pulsuz olması çox sərfəlidir.Pulsuz uploadla yanaşı 4500mb trafik verilməsi ev üçün idealdır.
Bu tarif paketi evdə 2 komputer tərəfindən istifadə olunur.dmeək olarki günün 20 saatı istifadə internetdən olunur.Sürət də yaxşıdır.MSN də qarşılıqlı cam istifadə edərək,rahat danışmaq olur :D heçbir kəsilmə olmadan.Online Counter-strike da oynamaq olur.60-70 ping lə qoşulmaq olur bir çox serverə.Gündəlik istifadə təxminən 100-200 mb olur. Bütün ehtiyacları qarşılayır.Ay sonunda hətta limitə çatmadığım vaxtlar da olur. :)

Sürət,tarif və qiymət.Hər tərəfdən sərfəlidir :) Ətraflı məlumat üçün : http://skynet.az

2- Əgər gündüzlər internetdən istifadə etmirsinizsə.İnternetdən 19:00-09:00 saatları arasında istifadə etmək istəyirsinizsə...

256/256 sürət
Limitsiz trafik
Quraşdırma 15 manat ( yeri yoxdu :) )
İşləmə saatları 19:00-09:00
Aylıq ödəmə 29,90 manat :D

Əgər siz gündüzləri internetdən uzaqsınızsa vəya uzaq ola bilərsinizsə bu tarif paketi idealdır.Gündüzləri iş yerində vəya universitetdə keçirənlər üçün də həmçinin.Həftə sonları da, Axşama qədər səbr edərsiniz :) Ətraflı məlumat üçün : http://stream.az

Araşdırmada şirkətlərin rəsmi saytında göstərilən tarif paketləri əsasında aparılmışdır. 4 iyun 2008 .

Müqayisə edilən saytlar:

  • http://www.bakinter.net
  • http://stream.az
  • http://skynet.az
  • http://www.az
  • http://www.connect.az
  • http://www.azeronline.com/az/adsl
  • http://www.aztelekom.net
  • http://www.avirtel.az

Amma yenə də internet bahadır :(


Bu xəbərə səs ver!

Bəzi əlaqəli yazılar



16 Şərh:

  1. Teymur dedi ki...

    Qiymətlər ideal olmasada:)Amma yaxşı sürətli təkiliflər var

    http://www.superonline.az/tarif_adsl.php

    məncə artıq internet bu qədər bahalı olmalı deyil və artıq 3G xidməti mobil operatorlarımız tərəfindən istifadəyə verilsin

  2. Blezx dedi ki...

    Aha təkliflər yaxşıdır.
    Limitsiz qoşulma :) qiymətlər də digərləri ilə müqayisədə yaxdşıdır.

    Mobil operatorlarımız ağ edir :) qiymətləri çox baha ediblər :) sərf eləmir işləmək.Nə mail oxumaq olmur nə də başqa bişey :)

  3. Opium dedi ki...

    Teymur, 3G olanda guya qiymetler dushecek? :)) inan, bu bele deyil. nisbi ucuzlashma olacaq, ye'ni aldadici.
    www.avirtel.com yaddan cixarmisan. 25 manata, pulsuz modemle 256/128 teklif edir. upload pulsuz. servisi de eladir.
    + Sumqayitda yegane traffik ile adsl teqdim eden shirketdir.

  4. Blezx dedi ki...

    Avirtel Sumqayıt üçün yaxşıdır.Bakı üçün ondan daha sərfəli təkliflər var :)
    Bir də əlavə hər 1mb üçün 4 qəpik.Digərlərindən 2 qat baha :)
    Trafik limiti sərfəli deyil :)

  5. Teymur dedi ki...

    Opium,
    3G bağlantısında sürət 7-8 Mb olur və Azərbaycanda bu olsa ADSL ilə rəqib olar.Rəqabət olanda normal olaraq şirkətlər qiymət salmağa başlayır ;)

  6. Blezx dedi ki...

    Teymur təəssüfki,bu bizdə elə deyil :)

    Bax bu şirkətlər arasında indi rəqabət var.Yəni,eyni xidməti veridkləri üçün,normal şərtlərdə rəqabət olmalıdır.Rəqabətdə ya qiymətdə ya da keyfiyyətdə qabağa keçməklə müştəriləri cəlb etməyə çalışırlar.Yəni kobud şəkildə belə başa düşürük :)

    İndi bir də, bu xidmətləri müqayisə edək. Elə göstərdiyim saytlardakı tarif paketlərini müqayisə edin.

    Digərindən 2 qat baha olan təkliflər var.Bu normal rəqabət anlayışına ziddir :D

  7. Həsənəlizadə Ramin dedi ki...

    Görəsən niyə Azərbaycanda internet belə bahadır ki? Özüdə ADSL. Mən Rusiyada yaşayıram Peterburq şəhərində, 4 Mbit/s sürətli unlimited internetə ayda cəmi 650 rubl pul verirəm. Özüdə ADSL yox ayrıca intenet kanalı (optik kabel) çəkilib. Bu cür kabellər bütün binalara çəkilir və hər mənzil yaxud ofis bu kabelə qoşula bilər. Qoşulmaq da çox ucuz başa gəlir. ADSL-dən artıq çox az istifadə edirlər, dial-up modem isə artıq antikvar bir şeydir. Bundan əlavə burada bir çox kafe-restoranlarda Wi-Fi sistemi qurulub, yəni hər gələn notebook-u açıb pulsuz internetə qoşula bilər. Niyə bütün bunlar Azərbaycanda yoxdur? Məncə yüksək sürətli intenet olsa onda AzNet kəskin surətdə inkişaf edər.

  8. Blezx dedi ki...

    Təkcə aznet inkişaf etməz.
    İnsnaların dünya görüşü artar.İnternet bazarı böyüyər.Gənclərimiz daha savadlı olar.İnkişaf sürətlənər.Bax internet baha olduğu üçün, kafelər Wi-Fi sistemi qura bilmir.Əgər indi qursalar,kafelər pis günə qalar :) Bütün hamı axışar pulsuz internetə.Amma internet ucuzlaşandan sonra,hərkəs doyacaq .Adi birşey olacaq.Anca ehtiyac olanda istifadə olunacaq.Onda da artıq kafelər,şirkətlər pulsuz interneti rahatlıqla istifadəyə verə biləcəklər :)

    Hələki kimlərəsə,millətin inkişafı maraqlı deyil.Onlara maddi maraq vacibdir :)

  9. Teymur dedi ki...

    Blezx düzdü bizdə rəqabətdə özünə görədi:)))))
    Bəlkədə bir-birlərindən xəbərləri yoxdur:))))

  10. Blezx dedi ki...

    bəzilərinin bazardan xəbəri olmadığına da inanaram :D

  11. Turalfot dedi ki...

    Maraqli melumata gore tesekkur

  12. goooooood girl dedi ki...

    i like......

  13. Adsız dedi ki...

    Rusiyada 4 Mbit/s suret 650 rubl (24.07 dollar)-di. bashqa olkelerin hamisi xalqina

    milletine xidmet gostermek isteyirler ve bunu gosteriller. Azerbaycanda ise bu ezilmish

    xalqin dahada qanini sovurmaqdan bashqa hechne bilmirler. ac gozler, vicdanlarini,

    qeyretlerini pul ortmush insanlar camaatdan pul qopartmaq uchun her yola el atirlar.

    bilirlerki indiki dovrde internetsiz, telefonsuz hechne elemek olmur dahada camaati

    soyurlar. bizde olan quymetleri bashqa olkenin insanlarina desez size gulerler. bir gun

    internetden, telefonnan istifade elemeyin gorun nece bankrod olub qiymetleri dushururler.

    etin qiymeti qalxir? bir gun hami bir olub et almasa gor nece avtomatik qiymetler yaridan

    ashagi dushur. Ne deyim? Bunlarin Allah qorxusu yoxdu. bizde birlik yoxdu. birliyi olmayan

    bir millet bunlari yashamaga mehkumdur!!!

  14. Blezx dedi ki...

    Mən bizim camaatın bazar anlayışını başa düşə bilmirəm.

    Bizim camaat yaxşını pisdən ayıra bilsələr, bugünlərə qalmarıq.

    Bizim camaat internetin də ən bahalısını axtarırki, onda daha yaxşı olur :)

    Bu şirkətlərdən birşey gözləmək mənasızdı. Bunlar adam olsaydılar, əvvəldən adam kimi qiymətlər qoyardılar.

    Dövlət orqanlarından Rabitə nazirliyi maraqlanmalıdı bununla əsasən. Guya maraqlanmışdılar. Bir ara xəbər yayıldıki"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə provayder şirkətlərinin əldə etdiyi razılığa əsasən oktyabrın 1-dən Azərbaycanda internet tarifləri aşağı salınacaq." .
    Hanı bəs nəticə?
    Mən ogündən bəri izləyirəm qiymətləri bir dəyişiklik yoxdu.

    Bəs Rabitə Nazirliyi hara baxır?

    Tək çarə bizim özümüzük.
    Amma necə edəcəyik, o çox maraqlıdı. Heçvaxt birlik olmağı bacarmamışıq. indi necə olacaq bu? çox maraqlıdı!

  15. Cacikan dedi ki...

    Salam dostlar Butun Fikirleri oxudum...Beli duz deyirsizniz Azerbaycanda Internet Tarifleri cox yuksekdir...Indi Adsl le maraglanan bir cox insanimiz Komputerni son 6 ilde almiw insanlardir Hansi ki artig Dial UP isteminden bezmiw artig sebri catmayan insanlardir...Ama Men bele duwunurem ki cox yaxin zaamanda bu Adsl tariflerininde giymetleri duwecek..Cunki aritg Men ozum bele ayligi Dial Updan ucuza bawa gelen sistemden istifade edirem...Men SKYnet sirketinin abunecisiyem burada mene 256 kb suret ve 4.5GB limit veripler gowulma haggida odememiwem...Bu menim ucun en optimal variant idi.Cunki men telebe adamam ayda 100 manat vermek menlik deyil...Men sadece modem elde etdim bu ise cox yox 30 AZN bawa geldi ve artig canim rahatdi internet le problemsiz iwleyirem artig bezmirem...Ancag dostlar size bir meslehetim var Adanet sirketi cox optimal variant teklif edir...Burada 1MB suret { 1024 kb } Ve 5GB limit teklif dir gowulma pulsuz...Cox gozel variantdi gelen aydan bu provayderlerle mugavile baglamagi duwunurem....Inanin men cox lu sayda melumat kocururem Youtube de videolara baxiram ayin axirina ise her ay 1GB limitim galir istifade olunmamiw deyeceyim odur ki dostlar Eger imkniniz varsa ADSL sistemine kecin inanin inasanin bawi cox rahat olur ev telefonu mewgul olmag derdi yox axwam goresen internete gire bileceyemmi derdi yox ay zanit olacag ay vaxtim gutardi bunlarin hec biri olmayacag cox gozel sistemdir...Eger kiminse suali olsa bir gardaw kimi komek etmeye haziram Email: cacikanmm@mail.ru Diggetinize gore tewekkurler... Cacikan Web Center...

  16. asif eminov dedi ki...

    Mense hele Dial Up-dayam. Bir sozle "kef" edirem. ((( 44 kb/s necedir sizindun? mene bir basha salin gorum? men nece oyrene bilerem ki, hansi provayder bizim atse baxir? Men ekser provayderlerin saytina girirem ve 478-le bashlayan atse abxan yoxdur deyesen. (( Yoxsa coxdan qoshularidm. Canim qurtarardi bu zibilden.

Yorum Gönder

GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS