.az yoxsa .ru ?!

31.5.08

Bu şəkili indi düzəltdim.Fikirlərimə də elə bununla giriş edim.

.az və rus bayrağı. Gülünc görünürmü?Bunu görən deyərki, ya ora Azərbaycanın bayrağını vur.Ya da .ru yaz. Düz deyirisniz elə də olmalıdı.Əlinin papağı Vəlinin başında nə gəzir? :)
Mən bütün tənqidləri qəbul edirəm.Çünki düz deyirsiniz.Buna səsimiz çıxır.Bəs niyə, rusdilində olan .az domainli saytlarımıza söz demirik?

Birinci götürək elə ən çox ziyarətçisi olan saytlarımızdan biri DAY.AZ

.az domainini kim yaraşdırdı bu sayta? Saytın ingilis dili və rus dili versiyaları var,ammaki Azərbaycan dilində versiyası yoxdur. Buna gülüm yoxsa ağlayım bilmirəm. Deyəcəkləri tək söz var."Pulumu verib domain almışam,istədiyimi edərəm." Elə firefox.az kimi.Bu domaini alıblar.Amma orda, Azərbaycanla əlaqəli birşey görə bilmirəm.Firefox un rusdili versiyasına yönləndirilib sayt yəqinki.
Saymaqla bitməz hala gəlib belə saytlar. Rock.az da bunlara bir nümunə.

Bunu Azərbaycan dilində eləmək çətindi? Çətin deyile,tənbəlik!!!Tənbəllik edirik!!!

Və belə bir saytın,ən çox ziyarətçi sahibi olması onu göstərirki...Bizim camaat da ucuz işi sevir. Ucuz işi sevməyənlər,belə saytlara baykot eləməlidir məncə. Rusca xəbər elə rusların da saytın da vardaaa... Rusca xəbər oxuyacamsa girib rusların saytından oxuyaram!Nəyimə lazım onda day.az ?! Belə saytlara baykot olmasa,bunlar tənbəlliyə davam edəcəklər.Mən belə saytlarla tanış olduğum ilk gündə onları qara siyahıma yazıram.Sizi də baykota çağırıram...

Bizim camaatımız milli marağı , maddi maraqdan üstün tutmadıqca,biz irəli getmərik!!!


Bu xəbərə səs ver!


Bəzi əlaqəli yazılar



13 Şərh:

  1. Teymur dedi ki...

    Düzdür belə şeylər yol verilməzdi.Məndə buna qarşı olanlardan biriyəm.
    Amma siz öz saytınızada baxın yarı Azərbaycan yarı Türk dilində.İndi deyəcəksiz rus dilində olmaqdansa türk dilində olsun.
    P.S türk dilində olmaqdansa azərbaycan dilində olsun

  2. amitaf dedi ki...

    əla!
    ürəyimi yeyən,ancaq dildə deyə bilmədiyim bir mövzu.
    day.az çox xoşuma gəlir,ancaq hamı rus\d yazır,elə bəzən əsəbləşərək mən də.
    çünki rus\d şərh yazırlar bilmirəm öz dilimizdə yazım,yoxsa rus\d?!
    başım qarışır hər dəfə.

    cəsarət verdin,orada da yazacam:D


    post üçün çox sağ ol,əla mövzudur.
    sənin kimi gənclərimiz olduqca öz dilimizi unutmayacağıq,İnşaAllah.

  3. Blezx dedi ki...

    Teymur Saytın yazrı türk yarı Azərbaycan dilində olmasına cavabım dediyiniz kimi olmayacaq :)
    Mən də həmişə deyirəmki.Rusca olmaqdansa türkcə olsun.və əlavə edirəmki türkcə olmaqdansa Azərbaycan dilində olsun.

    Amma bu saytın türkcə yazılarını dəyişmək deyəsən mümkün dyeil. Bu saytı özəl hostda qurmamışam. BLOGGER in xidmətindən istifadə edirəm. İmkan olduğu qədər Azərbaycan dilində etməyə çalışmışam.Digərlərini tərcümə etmək üçün deyəsən blogger icazə vermir.

    Saytdakı səsvermə sistemi ingiliscədir.Mən müraciət etdim onlaraki,bu servisi Azərbaycan dilinə tərcümə etmək istəyirəm.Onlar da razı oldular.Bu mənim tək edə biləcəyim bir işdir.Amma blogger i tərcümə etmək üçün bir komanda yığıb,daha sonra Blogger ə müraciət etçək lazımdır. Hələki belə bir komanda yoxdur təəssüfki.

    Yəni, burdakı türkcə və ingiliscə olan yazıların Azərbaycan dilində olması mümkün deyil hələki :) Ya da mən bacarmıram :(

  4. Blezx dedi ki...

    Amitaf, bəyəndiyinə sevindim :)

  5. Teymur dedi ki...

    Blezx isteyirsen saytini yeniden wordpressle bir servere qura bilerem.Orda da her sheyi Azerbaycan dilinde etmek olar.Veya dediyin kimi tercume etmek ucun komanda da mende olaram.Yəni Aznetin inkişafı üçün bacardığım hər şeyi edərəm.
    yalniz bu sayt deyil rus dilinde olan butun saytlarida dogma dilimize tercume etmek ucun de.
    lazim olsa
    msn: teymur303@inbox.az

  6. Blezx dedi ki...

    Təklif üçün təşəkkür edirəm :)

    bizim Explorer in serverində qurdum wp . Biraz qarışdı işlər. hələki bloggerdə davam edim. Əgər bəyənilərsə,özəl hosta keçərəm :)
    MSn i add edirəm indi.
    Aznetin inkişafı üçün birlik lazımdır :)

  7. Həsənəlizadə Ramin dedi ki...

    Salam! Yazınızı oxudum, əsas fikirinizlə razıyam, mən bu haqda öz bloqumda yazmışdım ki, Azərbaycan interneti Azərbaycan dililndə olmalıdır. Elə də olacaq, Azərbaycanda rus dilinin gələcəyi yoxdur. Bildiyimə görə Day.az da yaxın zamanlarda Azərbaycan dilli laihəyə başlayacaq, Oxu.az domenində.
    Sizə sualım var: niyə siz Azərbaycan dilində olan Azeriblog.com pulsuz blog xidmətindən etmirsiniz ki? Gəlin xarici sayt olan blogger-i tərcümə etməkdənsə öz saytımızdan istifadə edib ona dəstək edək də.

  8. Blezx dedi ki...

    Hm mənim dərdim day.az deyil. ÖZünü Azərbaycanın saytı kimi tanıtan rusdilli ucuz saytlardır.Və o saytların , camaat tərəfindən sevilməsi.


    Azəri blogu dəstəkləyirəm. Jurnalımızda da Azəri blog haqqında ətraflı yazmışdım.Ammaki,azəriblog mənim ehtiyaclarımı ödəmir.Azəriblog Azərbaycan dilində tək blog sistemi kimi fəaliyyət göstərir.Hal hazırda rəqabətdə olacağı digər alternativ olmadığı üçün,rahatdır.Mənə elə gəlirki,bu sistemi quranlar,bunu daha da gözəlləşdirə bilərlər.Ammaki eləmirlər.Bazara başqa alternativ də girməlidirki,onlar hərəkət eləsinlər :)

    Bir dəki bu tərcümə işləri, böyük layihələrdə bizə də yer verilməsinə kömək edəcəkdir. Bir neçə böyük sayt Azərbaycan dilinə tərcümə edilsə,sonrakı layihələrdə artıq Azərbaycan dilini də görə biləcəyimizi düşünürəm. Onlar bazara girəndə,hədəf kütləsi olaraq Azərbaycanı da nəzərə alacaqlar.Bu zaman internetdən istifadə daha asan olacaqdır.

    Necəki, saytlarda Rus dili və Türk dili versiyaları var, İstəyirəmki həmçinin Azərbaycan dilində də versiya olsun.

  9. Həsənəlizadə Ramin dedi ki...

    Dediyiniz saytların cammat tərəfindən sevilməsi ondan irəli gəlir ki, Azərbaycan dilində səviyyəli saytlar demək olar ki yoxdur. Amma boş yer həmişə boş qalmır və bu boşluqlar gec-tez dodurulacaqdır, çünki buna böyük tələbat var və günü-gündən artır. Bu boş yerləri kim birinci tutsa o udacaqdır.

    Sizi başa düşdüm. Tərcümə etmək yaxşı fikirdir ümid edirəm ki, uğurlu olacaq. İşlərinizdə layihələrinizdə uğurlar!

    Hansı jurnalda yazmışdınız Azeriblog haqqında?

  10. Blezx dedi ki...

    Azərbaycan dilində olan saytlara dəstək olan varki,onlar irəli getsin? :)
    Dəstək ancaq sayt sahibləri arasındadır.Və ancaq banner dəyişmə yolu ilə dəstək ola bilirlər. Təəssüfki şirkətlərə milli maraq yoxdur.Elə sayt sahiblərinin də çoxunda belə maraq yoxdur.Çox hiti olan saytlar ,link dəyişmək üçün yüksək hitli sayt istəyirlər.Dedikləri budurki,mənim qazancım nə olacaq.Düşünmürki,Aznet in inkişafına dəstək olacaq.

    ƏLbəttə boşluqlar dolacaqdır.Amma geci tezini gözləmək istəmirəm :)

    Sözü gedən jurnal , Explorer jurnalıdır.Azərbaycan dilində Texnologiya jurnalı.
    Ətraflı məlumat üçün baxa bilərsiniz. explorer-az.com

    təşəkkür :)

  11. sazeri dedi ki...

    bələ bir aktual movzu açdiğın üçün əvvəlcədən sənə təşəkkürümü bildirirəm.Həqiqitəndə ürək ağrıdıcı bir vəziyyətdi.fikrimcə az domainli saytların açılış səhifələrinin azərbaycan dilində olması məqsədə uyğun olardı.Həmin saytlarda rus və ingilis dillərində bölmələrin olmasi xarici vətəndaşların Azərbaycan haqqinda məlumat almalarını asanlaşdiracaqdır.

  12. Blezx dedi ki...

    Sahib,fikir bildirdiyin üçün təşəkkür.
    Razıyam.
    Rus və İngilis dilində bölmələr olması yaxşıdır.Amma Azərbaycan dilindən əlavə olaraq :) Yəni Azərbaycan dili mütləqdir :)

  13. O.Kəngərli dedi ki...

    Əvvəla salam. İkincisi size bele movzu etrafinda dovr etdiyiniz ucun TESEKKURLER!!! Ucuncusu de axi biz azerbacanliyiq bele seyler elemesek bagrimiz partlayar!!!
    "Əziyyətə hörmətlə"
    O.Kəngərli

Yorum Gönder

GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS