2008 in ən yaxşı internet layihələri imiş :)

16.1.09 0 Şərh

Gələn maillərin birində , "İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan etdi." deyə bir yazı oxudum. Ən yaxşı internet layihələrimiz bunlar imiş:

Əvvəlcə seçilən saytların sayına bir baxın :) Top 4? Bu qədər az layihə var? Əsasən Top 10, Top 3 və ya Top 5 seçilir. Biz də yeni standart gətirək Top 4 :) Bu top 4 dü? yoxsa elə olan o qədər idi?

İndi də saytlara bir baxın, 2si (navigator.az və boss.az) rus dilindədir. Heç Azərbaycan dili versiyası da yoxdur. Bu saytları bizim ən yaxşı internet layihəmiz kimi seçmək biabırçılıqdır. Bizim doğma dilimizdə olmayan sayt, bizim saytımız deyil!!! Bizə xidmət edirsə, bizim dilimizdə olmalıdır!!! İndi də, İKT informasiya mərkəzinin saytına baxın. e-azerbaijan.az   - Sayt özü rus dilindədir. Domain ingiliscə, sayt rusca. Azərbaycan dili kimə lazımdır görəsən? Belə saytın dəyərləndirməsi də ,elə özü kimi olacaq :)


Yumroo haqqında da əvvəlcə yazmışdım :)
Məktəblilər üçün olan sayt isə bunlar arasında , bu sıraya aid ola biləcək tək saytdır.

Oxçu yaxşı yazıb : - "bu informasiyanı yaymağın səbəbi məhz yuxarıdakı saytların adını meidiada hallandırmaq və onlara diqqəti artırmaqdır. Yoxsa elə bir mənası olan seçim hesab etmirəm."

Davamını oxu...

yumroo. yox bir ...

15.10.08 2 Şərh

Bu saytla çoxdan tanışam. Saytı görəndə dedim - yenə həmişəki kimi plagiat ediblər və heç tutmayıb :)
Səhv eləmirəmsə bu saytı elə oxçudan öyrənmişdim :) Oxudum oxçunun da yazdıqlarını. Sonra sayta baxdım və ona haqq verdim yazdıqlarına görə. Amma yenə də çox baş qoşmadım. Çünki belə hallar çox görmüşəm və Aznet üçün belə halları normal qəbul edirəm. Təəssüf... :(

Bugün də seçkinin həyəcanı ilə, kimin seçildiyini öyrənmək üçün qaynar.info ya baxdım. Çox maraqlı idi görəsən kim seçiləcək? :D Ordan da texnologiya xəbərlərinə keçdim ki, görüm nəvar nəyox. Və gözüm möhtəşəm bir başlığa ilişdi.

Azərbaycanda Google-nin rəqibi yarandı

Ayıbdı!!!

Yumroo etdi, barı siz etməyin!!!
Mən bu xəbəri oxudum. Özümə əziyyət verdim. Həqiqətən əziyyət çəkdim. Amma axıra kimi oxudum...

nə deyəcəyimi bilmirəm. davam etsəm xoşa gəlməz ifadələr işlədəcəm. Xoşa gəlməz ifadələrə yer verməmək üçün heçnə demirəm.
Necə deyərlər.... NO COMMENT!!!

Bir də bunun üstünə yekə bir
OOOOOOHAAAAAAAAAAA demək istiyirəm!!!

Davamını oxu...

AzNet

4.10.08 2 Şərh

Aznet... Yəqinki Azərbaycan və internet sözlərinin birləşməsindən əmələ gələn bir sözdür. Elə olmasa da, mən belə qəbul edirəm :)

Ramin qardaşımız da bloğunda bu mövzuya toxunub. Belə bir yazının olduğunu da oxcudan öyrəndim. Bu qədər backlink kifayət edər :) qayıdım mövzuya.

Mövzu belədi. Aznet nədir? Hansı saytlar AzNet-ə aid ola bilər?

Bu anlayışı internet istifadəçilərimiz formalaşdırmalıdır. Amma aktiv internet istifadəçilərimiz də buna bir istiqamət verməlidir. Bizdə AzNet anlayışı qarışıb. Ya da heç formalaşmayıb.

Mən nə qədər desəm dəki, filan saytlar aznetə aid ola bilməz, uyğun deyil. Elə özüm deyib özüm də eşidəcəm.

Bir sayta azərbaycanlı internet istifadəçiləri girir, ordan faydalanırsa deməli o aznet kateqoriyasındadır(Azərbaycana xitab edən saytlar). Onları AzNet kateqoriyasından silmək olmaz. Çox istərdim silməyi.Amma mümkünsüz kimi görünür hələki :) . Sadəcə olaraq bu saytlar arasında dərəcələndirmə olmalıdı. Dərəcələndirməni də camaat etməlidir. Amma əvvəlcə bizim internet istifadəçilərinə keyfiyyətli sayt göstərmək lazımdır. Keyfiyyətli saytı fərziyyə olaraq yox, nümunə olaraq göstərmək lazımdı. İstifadəçilər saytları dəyərləndirməyi bacarmalıdır.

Hələ də nömrə bir saytlarımız Aznetdə at oynadır :D Hələ də belə saytlara super portallar deyirlər. Mən əvvəl düşünürdümki, özləri özlərinə nömrə bir deyib durublar. Sonra baxdımki, camaat da bunların dediyini deyir. Xalqın gözü tərəzi imiş. Tərəzidi amma bir tərəfi işləmir :D Razıyam nömrə bir ola bilər. Amma hansı kateqoriyada? :) full saytlar arasında birinci ola bilər :D Mənə full sayt lazım deyil, nəsə öyrənə biləcəyim sayt lazımdır.

Belə problemlər təkcə aznetdə deyil. Çox sahədə var. Səbəb də asan yoldan pul qazanmaq istəyidir. Niyyətə baxanda, ordakı keyfiyyəti də təsəvvür etmək mümkündür.

Keyfiyyəti kəmiyyətdən üstün tuta bilsək, həm aznetdə həm də ölkəmizdə sözün əsl mənasında inkişaf görünər.

Davamını oxu...

Ev üçün optimal ADSL tarifləri

, , 4.6.08 16 Şərh

Sürətli internet çoxumuzun arzusudur.Bəzən rast gəldiyimiz təkliflər belə fikir oyadırki,Sürətli internet üçün çox pul lazımdır. Bizdə ADSL xidməti verən bir çox şirkət var.Onların tariflərini müqayisə edəndə,görürəmki bir-biri ilə əlaqəsi yoxdur qiymətlərin.Biri çox ucuzdur.Biri çox baha.Biri ortalarda gəzir :) Əlbəttə hərbirinin özünün ayrı müştərisi var,və hər müştərinin ehtiyaclarını qarşılayacaq bir təklif var.

Mən də fikirloğumun əsas məqsədinə uyğun olaraq,bir neçə ADSL təklifini götürüb müqayisə etdim və ən optimal təklifləri seçdim.
Müqayisəni qiymətlər,sürət və tarifə görə apardım.


1- Günü 24 saatı işləyə biləcəyiniz.Normal istifadəçinin bütün ehtiyaclarını qarşılaya biləcək təklif və uyğun qiymət...

256/256 sürət
Upload pulsuz
Aylıq 4500mb traffik limiti
Limitdən əlavə hər 1mb üçün 2qəpik.
Quraşdırma pulsuz.
Aylıq ödəmə 25 manat

Bu eyni zamanda özümün işlətdiyim tarif paketidir. Aylıq 9-10 gb trafik işlədirəm. :) Sadəcə 4,5 gb üçün pul ödəyirəm.Upload ın pulsuz olması çox sərfəlidir.Pulsuz uploadla yanaşı 4500mb trafik verilməsi ev üçün idealdır.
Bu tarif paketi evdə 2 komputer tərəfindən istifadə olunur.dmeək olarki günün 20 saatı istifadə internetdən olunur.Sürət də yaxşıdır.MSN də qarşılıqlı cam istifadə edərək,rahat danışmaq olur :D heçbir kəsilmə olmadan.Online Counter-strike da oynamaq olur.60-70 ping lə qoşulmaq olur bir çox serverə.Gündəlik istifadə təxminən 100-200 mb olur. Bütün ehtiyacları qarşılayır.Ay sonunda hətta limitə çatmadığım vaxtlar da olur. :)

Sürət,tarif və qiymət.Hər tərəfdən sərfəlidir :) Ətraflı məlumat üçün : http://skynet.az

2- Əgər gündüzlər internetdən istifadə etmirsinizsə.İnternetdən 19:00-09:00 saatları arasında istifadə etmək istəyirsinizsə...

256/256 sürət
Limitsiz trafik
Quraşdırma 15 manat ( yeri yoxdu :) )
İşləmə saatları 19:00-09:00
Aylıq ödəmə 29,90 manat :D

Əgər siz gündüzləri internetdən uzaqsınızsa vəya uzaq ola bilərsinizsə bu tarif paketi idealdır.Gündüzləri iş yerində vəya universitetdə keçirənlər üçün də həmçinin.Həftə sonları da, Axşama qədər səbr edərsiniz :) Ətraflı məlumat üçün : http://stream.az

Araşdırmada şirkətlərin rəsmi saytında göstərilən tarif paketləri əsasında aparılmışdır. 4 iyun 2008 .

Müqayisə edilən saytlar:

  • http://www.bakinter.net
  • http://stream.az
  • http://skynet.az
  • http://www.az
  • http://www.connect.az
  • http://www.azeronline.com/az/adsl
  • http://www.aztelekom.net
  • http://www.avirtel.az

Amma yenə də internet bahadır :(


Bu xəbərə səs ver!

Davamını oxu...

.az yoxsa .ru ?!

31.5.08 13 Şərh

Bu şəkili indi düzəltdim.Fikirlərimə də elə bununla giriş edim.

.az və rus bayrağı. Gülünc görünürmü?Bunu görən deyərki, ya ora Azərbaycanın bayrağını vur.Ya da .ru yaz. Düz deyirisniz elə də olmalıdı.Əlinin papağı Vəlinin başında nə gəzir? :)
Mən bütün tənqidləri qəbul edirəm.Çünki düz deyirsiniz.Buna səsimiz çıxır.Bəs niyə, rusdilində olan .az domainli saytlarımıza söz demirik?

Birinci götürək elə ən çox ziyarətçisi olan saytlarımızdan biri DAY.AZ

.az domainini kim yaraşdırdı bu sayta? Saytın ingilis dili və rus dili versiyaları var,ammaki Azərbaycan dilində versiyası yoxdur. Buna gülüm yoxsa ağlayım bilmirəm. Deyəcəkləri tək söz var."Pulumu verib domain almışam,istədiyimi edərəm." Elə firefox.az kimi.Bu domaini alıblar.Amma orda, Azərbaycanla əlaqəli birşey görə bilmirəm.Firefox un rusdili versiyasına yönləndirilib sayt yəqinki.
Saymaqla bitməz hala gəlib belə saytlar. Rock.az da bunlara bir nümunə.

Bunu Azərbaycan dilində eləmək çətindi? Çətin deyile,tənbəlik!!!Tənbəllik edirik!!!

Və belə bir saytın,ən çox ziyarətçi sahibi olması onu göstərirki...Bizim camaat da ucuz işi sevir. Ucuz işi sevməyənlər,belə saytlara baykot eləməlidir məncə. Rusca xəbər elə rusların da saytın da vardaaa... Rusca xəbər oxuyacamsa girib rusların saytından oxuyaram!Nəyimə lazım onda day.az ?! Belə saytlara baykot olmasa,bunlar tənbəlliyə davam edəcəklər.Mən belə saytlarla tanış olduğum ilk gündə onları qara siyahıma yazıram.Sizi də baykota çağırıram...

Bizim camaatımız milli marağı , maddi maraqdan üstün tutmadıqca,biz irəli getmərik!!!


Bu xəbərə səs ver!


Davamını oxu...
GlossyBlue Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio
Entries RSS Comments RSS